Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyasında “DİO-da inzibati fəaliyyət” kafedrasının təşkilatçılığı və DİN-in Baş Təşkilat-İnspeksiya İdarəsinin əməkdaşının iştirakı ilə mühazirə keçirilmişdir

22.11.2019
DİN-in Polis Akademiyasında kadr hazırlığı üzrə nəzəriyyə ilə təcrübənin vəhdətini təkmilləşdirmək məqsədilə 13 noyabr 2019-cu il tarixdə DİN-in Baş Təşkilat-İnspeksiya İdarəsinin Təşkilati-Metodiki Bölməsinin rəisi, polis polkovnik-leytenantı Kəlam Əsgərov Akademiyanın əyani təhsil üzrə V kurs kursantlarına “DİO-nun texniki məlumatla təmini və idarə olunması” fənni üzrə “DİO-da analitik iş” mövzusunda mühazirə oxumağa dəvət olunmuşdur. Polis polkovnik-leytenantı Kəlam Əsgərov DİO fəaliyyətində analitik işin məzmunu, məqsədi, vəzifələri ilə bağlı kursantlara ətraflı məlumat verməklə, DİO fəaliyyətində qərarların qəbul edilməsinin elmi əsaslandırılmasında analitik işinin əhəmiyyəti xüsisi olaraq vurğulamışdır.

Dərsin yekununda mühazirəçi tərəfindən kursantların mövzu ətrafında yaranan suallarına izahlar verildi.