Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının nümayəndə heyəti Türkiyədə keçirilən I Beynəlxalq Məhkəmə Elmləri Konqresində iştirak etmişlər

02.12.2019
 DİN-in rəhbərliyinin göstərişinə əsasən Polis Akademiyasının kursantları sırasından “Kriminalistik ekspertiza” sahəsində yüksək bilik və bacarıqlara malik məzunların hazırlanması və bu sahədə ixtisaslı kadrların yetişdirilməsi üçün digər dövlətlərin təcrübəsinin yaxından öyrənilməsi və tədris-təlim prosesində tətbiq edilməsi üçün Polis Akademiyasında müvafiq tədbirlər həyata keçirilir.

Türkiyə təcrübəsinin öyrənilməsi məqsədi ilə DİN-in Polis Akademiyasının nümayəndə heyəti 2 dekabr 2019-cu ildə Türkiyə Respublikası Milli Polis Akademiyasının dəstəyi ilə “Məhkəmə elmləri sahəsində çoxşaxəli əməkdaşlıq: mövcud yanaşmalar” mövzusunda keçirilən I Beynəlxalq Məhkəmə Elmləri Konqresində iştirak etmişlər.

Qardaş ölkənin dəvətinə əsasən bu mötəbər tədbirdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq elmləri doktoru Nazim Əliyevin rəhbərliyi ilə Akademiya rəisinin birinci müavini, polis polkovniki Canpolad Daanov və “Kriminalistika” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Mahmudov təmsil edib.
Konqresdə mövzuya dair faydalı müzakirələrin və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib.