Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının kursantları “Alpaqut Turan Döyüşü Sənəti” üzrə “İdman ustalığına namizəd” dərəcəsinə layiq görülmüşlər

31.10.2020
 Polis Akademiyasının “Fiziki hazırlıq” kafedrasının müəllimi, polis baş leytenantı Natiq  Eminovun  rəhbərliyi ilə III kurs kursantları Bayramzadə Rəvan, Məmmədov İsa və V kurs kursantı Çerpanov Yəhya İlham oğlu 2019-cu və 2020-ci illər ərzində “Alpaqut Turan Döyüş” sənəti üzrə Respublika daxilində keçirilən yarışlarda, seminarlarda, beynəlxalq Turnirlərdə və Dünya Çempionatında yüksək nailiyyətlər əldə etmişlər.

 Kursantlar bu nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin təsnifat normativlərinə əsasən, Bakı Şəhəri İdman İdarəsinin 14.09.2020-ci il tarixli qərarı ilə “İdman ustalığına namizəd” dərəcəsinə layiq görülmüşlər.
Bununla əlaqədar olaraq bu ilin 23 oktyabr tarixində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, “Alpaqut Turan Döyüş” sənətinin müəllifi Vasif Namazov, “Turan Oyunları” Komitəsinin prezidenti Fərid Əlizadə və Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov tərəfindən Polis Akademiyasının rəhbərliyinin iştirakı ilə kursantlara “İdman ustalığına namizəd” dərəcəsi vəsiqələri təqdim olunmuşdur.
Sonda xatirə şəkilləri çəkilmişdir.