Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında dünya şöhrətli Nizami Gəncəvinin əsərləri üzrə “Ən yaxşı qiraətçi” virtual müsabiqəsi keçirilmişdir

17.02.2021
 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını nəzərə alaraq 8 fevral tarixində “Zoom” platforması üzərindən DİN-in Polis Akademiyasında dünya şöhrətli Nizami Gəncəvinin əsərləri üzrə “Ən yaxşı qiraətçi” virtual müsabiqəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, h.ü.f.d., dos., polis polkovniki Hikmət Eyvazov iştirakçılara Akademiya rəisinin salamlarını çatdıraraq Sərəncamdan irəli gələrək bildirdi ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

Qeyd edildi ki, “Nizami Gəncəvi İli”nin elan edilməsi ilə bağlı Akademiya rəisinin təsdiq etdiyi tədbirlər planına əsasən “Dil hazırlığı” kafedrasının əməkdaşı, Qabaqcıl təhsil işçisi, f.ü.f.d. Fərqanə Əliyevanın təşkilatçılığı ilə keçirilən müsabiqədə münsiflər heyətinin üzvləri DİN-in Polis Akademiyasının Tədris-metodiki şöbənin rəisi, polis polkovniki Fərhad Əliyev, Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektor-korrektoru, polis leytenantı Aynur Səfərli, Bakı Slavyan Universitetinin müəllimi, f.ü.f.d. Rəna Əliyeva, Etika Akademiyasının rəhbəri Günel İbrahim kursantların şeir ifasını qiymətləndirəcək.

Müsabiqədə böyük ruh yüksəkliyi ilə ifa olunan şeirlər eyni zamanda musiqi ilə müşayiət olunurdu. Kursantlar Nizaminin əsərlərindən və qəzəllərindən nümunələr ifa etməklə Nizaminin dühasını, nəsihətlərini, ibrətamiz fikirlərini bir daha dinləyicilərin nəzərinə çatdırdılar. Münsiflər heyəti tərəfindən müsabiqədə iki nəfər  –  Babayev Elşad (III kurs) və Əliyev Səyyad (I kurs) I yerin,  iki nəfər – Bağırov Nicat (II kurs) və Əliyeva Ayişə (IV kurs) II yerin, Məmmədli Alparslan (II kurs) isə III yerin qalibi müəyyən olundu. Polis Akademiyasının rəisi tərəfindən I yeri tutan qaliblər hər biri 120 manat, II yeri tutan qaliblər 100 manat, III yeri tutan qalib isə 80 manat məbləğində mükafatlandırıldı və onlara sertifikat təqdim olundu. Eyni zamanda münsiflər heyətinin üzvi Etika Akademiyasının rəhbəri Günel İbrahim tərəfindən “Evimiz” mağazasının dəstəyi ilə         I yerin qalibi 150 manat, II yer 100 manat, III yer 50 manat məbləğində mükafatlandırılmış, bir nəfər iştirakçıya isə “Natiqlik” kursu hədiyyə edilmişdir.