Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və BQXK-nin Azərbaycandakı nümayəndəliyinin nümayəndə heyəti ilə DİN-in Polis Akademiyasında görüş keçirilmişdir

07.04.2021
 BQXK-nin Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi, cənab Halit Bulanıklının cari ilin 5-10 aprel tarixlərində ölkəmizə səfəri çərçivəsində         7 aprel 2021-ci il tarixdə DİN-in Polis Akademiyasının rəhbərliyi ilə görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə əməkdaşlıq imkanları nəzərdən keçirilmiş və birgə gələcək fəaliyyətlər müzakirə edilmişdir.
DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov qonaqları salamlayaraq Akademiyanın tarixi barəsində, aparılan təlim-tədris prossesi haqqında geniş məlumat vermiş, dünyanı öz cənginə alan COVİD-19 pandemiyasının təhsil sahəsinə vurduğu ziyanı xüsusilə vurğulamış, verilən sualları ətraflı cavablandırmışdır.
Daha sonra, BQXK-nin Polis və Təhlükəsizlik Qüvvələri üzrə regional nümayəndəsi, cənab Halit Bulanıklı BQXK-nin polis və təhlükəsizlik qüvvələri ilə bağlı fəaliyyətləri ilə əlaqədar izahat verərək qeyd etdi ki, artıq uzun illərdir Daxili Qoşunlar və Polisin ali zabit heyəti üçün beynəlxalq polis standartları və humanitar hüquq mövzularında təlim və seminarlar təşkil edilir. Bununla əlaqədar Polis Akademiyasının şəxsi heyəti, habelə kursantları üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Daxili İşlər Orqanları arasında əməkdaşlığı və polisin fəaliyyətini əhatə edən mövzular üzrə onlayn formatda qonaq mühazirəsinin yaxın gələcəkdə  həyata keçirəcəklərini bildirdi. Eyni zamanda qonaq öz xidməti fəaliyyəti ilə bağlı  xarici ölkələrdə (xüsusən Orta Asiya ölkələri) olarkən Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını texnologiya və inkişaf baxımından regionda gözəl bir nümunə kimi göstərdiyini xüsusilə qeyd etmişdir. Bundan sonra Halit Bulanıklı beynəlxalq hüquq və BQXK-nin fəaliyyətini əks etdirən kitab və bu kitabların elektron nüsxələrini Polis Akademiyasının rəisinə təqdim etdi.
Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutdu, qonaqlar səmərəli məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildirdilər.