Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyasının əməkdaşı 16 aprel 2021-ci il tarixində Volqoqrad Dövlət Universitetində “Rəqabət qabiliyyətli sahibkarlıq mühitinin hüquqi təminatının ağıllı texnologiyaları” mövzusunda keçirilmiş dəyirmi masada onlayn formatda iştirak etmişdir

16.04.2021
16 aprel 2021-ci il tarixdə Volqoqrad Dövlət Universitetində “Rəqabət qabiliyyətli sahibkarlıq mühitinin hüquqi təminatının ağıllı texnologiyaları” mövzusunda “Zoom” proqramı vasitəsilə onlayn formatda dəyirmi masa keçirilmişdir. Tədbirdə Belarusiya Respublikasının, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müxtəlif ali təhsil müəssisələrinin aparıcı hüquqşünas alimləri iştirak etmişdir. Dəyirmi masanın işində DİN-in Polis Akademiyasının “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov onlayn formatda iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Volqoqrad Dövlət Universitetinin birinci prorektoru, iqtisad elmləri doktoru, dosent Dzedik Valentin Alekseeviç, həmin Universitetin “Mülki və beynəlxalq xüsusi hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İnşakova Agnessa Oleqovna açmışdır. “Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqi yüksək rəqabətli sahibkarlıq mühitinin təmin edilməsinin əsası kimi” mövzusunda məruzə ilə onlayn formatda çıxış edən “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov qeyd etmişdir ki, müasir dövrdə informasiya texnologiyaları həyatımızın bütün sahələrinə daxil olmuşdur. Həmçinin, sahibkarlıq fıaliyyətinin həyata keçirilməsi və bu fəaliyyətin dövlət tənzimlənməsi sahəsindən də yan keçməmişdir. Elektron hökumət, dövlət xidmətləri portalının yaradılması, elektron sənəd dövriyyəsinə keçid - əmək və vaxt itkisinin azaldılmasına, şəffaflığı təmin edilməsinə, həyata keçirilən əməliyyatların keyfiyyətinin yüksəldilməsinə, o cümlədən vəzifədən sui-istifadə hallarını aradan qaldırılmasına imkan vermişdir. Daha sonra Rəşad Məmmədov Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə dair məlumat verərək bildirmişdir ki,  Azərbaycan Respublikasında elektron hökumətin qurulması hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"sından irəli gələn ən vacib vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında Respublikamızda dövlət idarəetməsi və ictimai həyatın digər sahələrində elektron hökumətin tətbiqi nəticəsində dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin, o cümlədən sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinin yeni səviyyəyə çıxarılmasına şərait yaratdı və şəffaflığı təmin etdi.  

Ümumilikdə tədbir işgüzar və səmərəli keçmişdir.