Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının nümayəndələri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı keçirilən onlayn elmi-praktik seminarda məruzə ilə çıxış ediblər.

29.04.2021
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə 29 aprel 2021-ci il tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda onlayn elmi-praktik seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev açdılar. Onlar iştirakçıları salamlayaraq tədbirin aktuallığı və əhəmiyyəti barədə məlumat verdilər və elmi-praktik seminarın işinə uğurlar arzuladılar.

Elmi-praktik seminarda  BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, h.ü.e.d., professor Şəhla Səmədova,  Azərbaycan Respublikası DTX-nin Heydər Əliyev adına Akademiyasının Cinayət hüququ kafedrasının rəisi Azər İsmayılov, BDU-nun Cinayət prosesi kafedrasının müdiri, h.ü.e.d., professor Firuzə Abbasova, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, h.ü.e.d., professor Kamil Səlimov, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin Kompleks ekspertizalar şöbəsinin rəisi, k.ü.f.d. Ceyhun Ələkbərov, Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev məruzə ilə çıxış etdilər.

Elmi-praktik seminarda Polis Akademiyasını təmsil edən nümayəndələr “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, h.ü.f.d., dos., polis polkovniki Hikmət Eyvazov “Narkomaniyaya qarşı mübarizədə hüquqi təbliğatın rolu”, “Cinayət prosesi” kafedrasının rəisi, h.ü.f.d., dos., polis polkovniki Səyyad Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qanunvericilik əsasları və onların tətbiqinin bəzi problemləri” mövzularında çıxışlar etmişlər.
Ümumilikdə tədbir işgüzar və səmərəli keçmişdir.