Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” adlı onlayn formatda keçirilən respublika elmi-praktiki konfransında iştirak ediblər

07.05.2021
7 may 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” adlı onlayn formatda respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransda respublikanın xüsusi təyinatlı və digər ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyəti, tələbələr iştirak etmişdir. 
 Konfransda  DİN-in Polis Akademiyasını Akademiya rəisi, polis polkovniki  Canpolad  Daanov, «Elmi-tədqiqat və redaksiya-nəşriyyat» şöbəsinin rəisi, h.ü.f.d., dos., polis polkovniki Hikmət Eyvazov, «İctimai elmlər» kafedrasının müəllimi polis kapitanı Əfqan Qasımzadə təmsil etmişdir.

Konfransı giriş sözü ilə açan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsi, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində atılan məqsədyönlü addımlardan danışmış,  güclü və səmərəli hüquq-mühafizə sisteminin formalaşmasında onun rolunu qeyd etmişdir.
Konfransı  açılış nitqi ilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru  Qulu Novruzov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəis müavini polkovnik İlham Babaşov davam etdirmişlər. 
 
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov açılışda Ulu öndər Heydər Əliyevin respublikamızda hüquqi dövlət qurucuğu fəaliyyəti ilə bağlı çıxış edərək bildirmişdir ki, böyük şəxsiyyətin qurub yaratdığı müasir müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da qətiyyət və əzmlə işləmək, insan hüquq və azadlıqlarının müdafiəsinə, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və dövlətçiliyimizin layiqincə qorunmasına xidmət etmək bütün hüquq-mühafizə orqanlarının hər bir əməkdaşının şərəfli borcudur.
Sonda general-mayor Allahverən İsmayılov iştirakçılara təşəkkürünü bildirərək  konfransın hüquq elmləri, ictimai-siyasi elmlər və texniki elmlər bölmələrinin işinin başlanılmasını elan etdi. 
Konfrans öz işini bölmələrdə çıxış və müzakirələrlə davam etdirdi.