Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

27.05.2021
27 may 2021-ci il tarixdə Akademiyanın Tədris-metodiki şöbəsinin əməkdaşları, kafedra müəllimləri və kurs rəhbərlikləri tərəfindən I-IV kurs kursantlarına dərs zamanı tariximizin ən şanlı və parlaq tarixi olan «28 may – Respublika Günü» haqqında geniş və ətraflı məlumatların çatdırılması təşkil edilmişdir. Eyni zamanda həmin gün Akademiyanın daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşlarla «28 may – Respublika Günü» mövzusunda söhbətlər aparmışlar.

Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsi və təbliği gənc nəslin vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mühüm amili nəzərə alaraq 27 may 2021-ci il tarixdə Akademiyada “İctimai elmlər” kafedrasının müəllimi, polis mayoru, t.ü.f.d. Rəşad Qasımov tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında I-IV kursların şəxsi heyətinə geniş məlumatlar verilmişdir. Respublika Gününə həsr edilmiş çıxışda Cümhuriyyətin ideoloji əsasını təşkil etmiş milli azadlıq hərəkatının səbəbləri, dövrləri və nəticələri, eləcə də müstəqil Azərbaycan dövlətinin yaranması ərəfəsində Cənubi Qafqaz bölgəsində mövcud olmuş mürəkkəb hərbi-siyasi vəziyyət, habelə xalqımıza qarşı erməni-bolşevik birləşmələri tərəfindən həyata keçirilmiş Mart Soyqırımı haqqında tarixi faktlar kursantların diqqətinə çatdırılmışdır.
Respublika Gününə həsr olunmuş tədbir  28 may 2021-ci il tarixdə Akademiyanın I-IV kurslarının şəxsi heyətinə «28 may –“Əbədi ezamiyyət” və“Son iclas” sənədli filmlərinin nümayişi ilə başa çatmışdır.