Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

“28 may-Respublika günü” ilə bağlı hərbi döyüş estafet yarışı keçirilib

28.05.2021
28 may tarixində Respublika gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Polis Akademiyasının kursantlarının döyüş hazırlığına marağının artırılması məqsədilə kurslar arasında hərbi döyüş estafet yarışı keçirilmişdir.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət himninin şəxsi heyət tərəfindən ifası ilə başlanmışdır.

Daha sonra Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanov hərbi döyüş estafetinin proqramı ilə şəxsi heyəti tanış edib.
Estafet qaydalarına əsasən komanda iştirakçıları altı mərhələni keçərək, gözübağlı 9 mm Makarov tapançası və Kalaşnikov avtomatının sökülüb-yığılmasını, avtomat darağının doldurulmasını, döyüş-sursat yeşiyinin daşınmasını, eləcə də müxtəlif vəziyyətlərdən hədəfə pnevmatik silahdan atəş açılmasını praktiki olaraq yerinə yetirmişlər.
Münsiflər heyətinin rəyinə əsasən bütün mərhələləri uğurla başa vuran IV kursun komandası birinci yerə layiq görülərək kubokla təltif edilmişdir.