Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyasının əməkdaşı Saratov Dövlət Hüquq Akademiyasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda iştirak edib

08.06.2021
8 iyun 2021-ci il tarixində Saratov Dövlət Hüquq Akademiyasının 90 illik yubileyinə həsr olunmuş “Saratov beynəlxalq hüquq forumu”nun “Mülki prosessual hüququn inkişaf perspektivləri” seksiyası üzrə “Zoom” platformasında onlayn formatda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının və Belarus Respublikasının müxtəlif ali təhsil müəssisələrinin aparıcı hüquqşünas alimləri iştirak etmişdir. Konfransın işində Akademiyanın “Mülki hüquq” kafedrasının dosenti, h.ü.f.d., polis polkovniki Rəşad Məmmədov onlayn formatda iştirak etmişdir.
Konfransın Plenar iclasını giriş sözü ilə Saratov Dövlət Hüquq Akademiyasının “Mülki proses” kafedrasının müdiri, h.e.d., professor O.V. İsayenkova, “Arbitraj prosesi” kafedrasının müdiri, h.e.d., professor S.F. Afanasyev açmışdır. Sonra isə konfrans öz işini seksiyalar üzrə davam etdirib. Konfransda Qazaxıstan Respublikası Ali Məhkəməsinin yanında Ədalət Mühakiməsi Akademiyasının, Yanki Kupalı adına Grodno Dövlət Universitetinin, Akademik S.P. Korolyov adına Samara Milli Tədqiqat Universitetinin nümayəndələri məruzə ilə çıxışlar etmişlər.
Akademiyanın “Mülki hüquq” kafedrasının dosenti, h.ü.f.d., polis polkovniki Rəşad Məmmədov “Azərbaycan Respublikasinin mülki məhkəmə icraatında mülki işlərə baxılmasının aktual məsələləri” mövzusunda məruzə ilə onlayn formatda çıxış etmişdir.  
Konfrans boyunca mövzu üzrə faydalı müzakirələr və fikir mübadiləsi aparılmışdır. Ümumilikdə tədbir işgüzar və səmərəli şəraitdə baş tutmuşdur.