Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı Rusiya Federsiyasının M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində keçirilmiş IX Beynəlxalq elmi-praktik konfransda iştirak edib

18.06.2021
 18 iyun 2021-ci il tarixində Rusiya Federsiyasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “Sahibkarlıq Hüququ” kafedrasının, “Moskva Dövlət Universitetinin Hüquq Fakültəsinin Məzunları Birliyi” regional ictimai təşkilatının və “Rusiya Hüquqşünaslarının Assosiasiyası” Moskva regional bölməsinin təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə onlayn formatda “Publik satınalmalar: hüquq tətbiqetmə problemləri” mövzusunda IX Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. 12 saat fasiləsiz davam edən konfransda Rusiya Federasiyası, Böyük Britaniya, Portuqaliya, İsveçrə, Hollandiya, Norveç, Belçika, İtaliya, Şimali Makedoniya, Yunanıstan, Macarıstan, Sloveniya, Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam, İndoneziya, Hindistan, Braziliya, Panama, Qazaxıstan, Belarus, Cənubi Afrika Respublikaları və digər dövlətlərin hüquqşünas alimləri iştirak etmişdir.

Konfransı giriş sözü ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin prorektoru, h.e.d. Viktor Alekseevich Vaypan və həmin Universitetin Hüquq fakültəsinin “Sahibkarlıq hüququ” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası Yevgeniy Parfiryeviç Qubin açmışdır.
Konfransda Polis Akademiyasının “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov onlayn formatda iştirak etmiş və “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyində əsas yeniliklər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ölkədə iqtisadi inkişafın davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu il üçün dövlətin iqtisadi siyasətinin üç əsas hədəfinin müəyyən edilyini: iqtisadi sabitlik, məşğulluq və iqtisadi artım, o cümlədən özəlləşdirmə, investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəliliyi, dövlət satınalmalarının şəffaflığının daha da artırılmasının müəyyən edildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.
Konfrans müzakirələrlə başa çatıb.