Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında oğlan və qız kursantları arasında “Güllə atıcılığı” üzrə yarış keçirilmişdir

23.06.2021
 23 iyun  2021-ci il  tarixində Polis Akademiyasında oğlan və qız kursantları arasında “Güllə atıcılığı” üzrə təşkil olunmuş yarış 26 iyun Silahlı Qüvvələr gününə və Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdur.
Təşkil olunan yarışın məqsədi oğlan və qız kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, odlu  silaha marağın artırılması, eyni zamanda silahdan istifadə etmə qaydalarının öyrədilməsi  olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanov giriş sözü ilə açaraq Polis Akademiyasında oğlan və qız kursantlar arasında güllə atıcılığı üzrə yarışın Akademiyada ilk dəfə olaraq keçirildiyini və bu tədbirin gələcəkdə ənənəvi hal alaraq qadın kursantların atıcılıq vərdişlərinin təkmilləşdirilməsində xüsusi rol oynayacağını qeyd etmişdir.  
Yarışda 5 oğlan və 5 qız kursant iştirak etmişdir: IV kurs üzrə – 2 qız və 2 oğlan kursant, III kurs üzrə – 2 oğlan kursant və II kurs üzrə – 1 oğlan və 3 qız kursant nəzərdə tutulmuşdur.
Yarışa başlamazdan əvvəl Hərbi kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Elşən Hacıyev tərəfindən komanda iştirakçılarına təhlükəsizlik qaydalarına riayət edilməsi barədə təlimatlar verilmişdir.
Yarışın nəticələrinə əsasən komanda birinciliyində oğlan kursantlar 456 xalla I yerə, qız kursantlar isə 396 xalla II yerə layiq görülmüşlər. Şəxsi birincilikdə isə 97 xalla III  kursun kursantı İsmayılov Oruc Əfqan oğlu I yerə layiq görülmüşdür.  
Tədbirin yekununda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.