Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının idmançılardan ibarət komandası Ağdam rayonu Quzanlı Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş Sənəti üzrə VI Azərbaycan Çempionatında iştirak edib

20.06.2021
 19-20 iyun 2021-ci il tarixlərində Ağdam rayonu  Quzanlı Olimpiya İdman Kompleksində Alpaqut  Turan Döyüş  Sənəti üzrə VI Azərbaycan Çempionatı keçirilmişdir. Yarışda 27 komanda tərkibində, ümumi 310 nəfər idmançı iştirak  edirdi. Yarış Ayça, Caymaz, Batur, Qurşaq və Kaçut sistemləri üzrə keçirilirdi.
Sözü gedən çempionatda DİN-in Polis Akademiyasını “Fiziki hazırlıq” kafedrasının müəllimi, polis baş leytenantı Eminov Natiq və 10 nəfər əyani təhsil alan kursant olmaqla, komanda olaraq 11 nəfər təmsil etmişdir.
Komandamız Qurşaq sistemi üzrə 2-ci yerə layiq görülmüşdür. Şəxsi birincilikdə isə müxtəlif çəkilərdə  Kaçut (silahsız özünümüdafiə) sistemi üzrə “Fiziki hazrılıq” kafedrasının müəllimi, polis baş leytenantı Natiq Eminov birinci yerə, kursantlardan 5-ci kurs kursantı Çerpanov Yəhya birinci, “Qurşaq” sistemi üzrə I kurs kursantları Bəşirzadə Azər birinci, Ənvərzadə Qamət və Əliyev İslam ikinci, Quluzadə  Novruz üçüncü, II kurs kursantları Allahverdiyev Ramil birinci, Həsənzadə Təhmin ikinci, III kurs kursantı Bayramzadə Rəvan birinci, “Caymaz” sistemi üzrə Məmmədov İsa birinci, “Batur” sistemi üzrə Şirinli Amil ikinci yerlərə layiq görülmüşdür.
Alpaqut  Turan Döyüş  Sənəti üzrə VI Azərbaycan Çempionatında Polis Akademiyasının 11 nəfərlik komandası 6 qızıl, 4 gümüş və 1 bürünc medal qazanmışdır.