Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında Vətən Müharibəsi qaziləri ilə növbəti görüş keçirilmişdir

20.11.2021
 20 noyabr 2021-ci il tarixdə Akademiyanın I-IV kurslarının şəxsi heyəti ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit və gizir heyəti, ll Vətən Müharibəsi qaziləri arasında görüş keçirilmişdir. Akademiyanın Şəxsi heyətlə iş üzrə şöbəsinin inspektorları və şöbənin psixoloqu kursantlara qaziləri fərdi şəkildə müxtəlif auditoriyalarda təqdim etmişlər. Şəxsi heyət tərəfindən Ulu öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirilmiş, daha sonra Polis Akademiyasının Şəxsi heyətlə iş üzrə şöbəsinin əməkdaşları tədbiri açıq elan edərək II Qarabağ Müharibəsi ilə bağlı şəxsi heyət qarşısında çıxış etmişlər. Qazilərimiz müzəffər ordumuzun Böyük Vətən Müharibəsində göstərdiyi şücaət və rəşadətini əks etdirən tarixi anları kursantlarla bölüşmüşlər. 

Vətən Müharibəsi Qəhrəmanları çıxışlarında kursantlara uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini, həmin dövrdə xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdiyini qeyd etmişlər.
Tədbir iştirakçıları üçrəngli bayrağımızın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanmasından qürur və fəxarət hissi keçirtdiklərini qeyd etmişlər.