Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı əsasında videokonfrans formatında qoşulan qonaqların iştirakı ilə birgə mühazirə dərsi keçirilmişdir

18.11.2021
 18 noyabr 2021-ci il tarixində “İnzibati hüquq” fənnindən “İnzibati xətalar haqqında işlər üzrə icraatın hüquqi xarakteristikası” mövzusunda mühazirə dərsi Akademiyanın II kursunda eksperiment formada aparılmışdır. Fənn müəllimi “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev mühazirə dərsinə virtual dəvət edilən qonaqları kursantlara təqdim edərək mühazirə dərsinin “birgə dərs elementləri”ndən istifadə olunmaqla “rol bölgüsü” əsasında aparılacağını bildirdi.
Mövzunun adı və planı elan edildikdən sonra, əsas və əlavə ədəbiyyat, həmçinin hüquq mövzularına aid milli və əcnəbi dərc materialları yerləşdirilən internet resursları haqqında məlumat verildi. Daha sonra mühazirə mövzusunun quruluşuna uyğun olaraq hazır¬lanmış təqdimat materiallarının nümayişinə keçid edildi.

 Mühazirə mövzusu üzrə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın anlayışı və onun növləri haqqında, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü inzibati hüquq üzrə ixtisaslaşmış vəkil Şahmar Abdalov icraatda müdafiə tərəfi haqqında, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov isə inzibati xətalar haqqında işlər üzrə icraat materiallarına nəzarət mexanizmi daxilindəki prokuror tərəfindən qəbul edilən qərarlar haqqında nəzəri və təcrübi məlumatlar verdilər.
Mühazirənin yekununda kursantların sualları müvafiq olaraq cavablandırıldı və onlayn olaraq bu muhazirəyə qoşulan qonaqlara təşəkkür edildi.
Ümumilikdə eksperiment formasında keçirilmiş mühazirə dərsi səmərəli şəkildə baş tutdu.