Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynovla görüş keçirilib

27.11.2021
 27 noyabr 2021-ci il tarixdə Polis Akademiyasının I-IV kurs kursantları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatda olan baş çavuşu, Qarabağ Müharibəsi veteranı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynovla görüş keçirilmişdir.
Tədbirdə Akademiyanın şəxsi heyəti tərəfindən Ulu öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra Polis Akademiyasının rəis müavini İlyas İsayev fəxri qonağı tədbir iştirakçılarına təqdim etmişdir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynov I Qarabağ Müharibəsi zamanı keçdiyi döyüş yolu  və xatirələri barədə çıxış edərək 1993-cü ildə erməni terroristi “Avo” ləqəbli Monte Melkonyanı necə və hansı şəraitdə yaxalayaraq məhv etməsi barədə baş vermiş tarixi hadisəni danışdı. Göstərdiyi şücaət və xidmətlərə görə onun 1994-cü ildə Azərbaycan Bayrağı ordeni, Türkiyə Respublikasında müxtəlif medallarla və mükafatlarla, 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Milli Qəhrəman” fəxri adı ilə təltif olunması barədə tədbir iştirakçılarına məlumat verdi.

Milli Qəhrəman İbad Hüseynov sonra Vətən mübaribəsi zamanı Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezidenti İlham Əliyevin apardığı siyasətdən və göstərdiyi qətiyyətdən, ordumuzun göstərdiyi şücaətdən bəhs etmişdir.
Tədbirin sonunda Akademiya ərazisində yerləşən Ulu öndər Heydər Əliyevin abidəsi önündə Milli Qəhrəman İbad Hüseynovla birlikdə xatirə şəkilləri çəkilmişdir.