Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “Korrupsiyaya qarşı mübarizə: problemlər və nailiyyətlər” mövzusunda Respublika Ali müəssisələrinin təhsilalanlarının elmi-praktik videokonfransı keçirilmişdir

26.11.2021
 26 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası DİN-in Polis  Akademiyasında Kursant Elmi Cəmiyyəti və Kriminalistika kafedrasının təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə: problemlər və nailiyyətlər” mövzusunda  Respublika Ali müəssisələrinin təhsilalanlarının onlayn elmi-praktik videokonfransı keçirilmişdir.
Konfransda DİN-in Polis Akademiyası, BDU, Dövlət Gömrük Komitəsinin Akademiyası, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adina Akademiyası, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları və təhsilalanları  iştirak etmişdir.
Konfransı giriş sözü ilə Polis Akademiyasının rəsmisi açaraq konfrans iştirakçılarına Akademiya rəisinin salamlarını çatdırmış və konfransın işinə uğurlar arzulamışdır.

Konfransın açılışında BDU-nun Hüquq fakültəsinin əməkdaşları  h.ü.f.d., dos. Cabir Quliyev, professor Midhəd Qəfərov, dos. Məleykə Bayramova,  h.ü.f.d., dos. Bəxşeyiş Əsgərov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, gömrük xidməti polkovnik-leytenantı Cəmilə Namazova, Dövlət  Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Elmi-tədqiqat şöbəsinin rəisi, polkovnik-leytenant Rəna İsmayılova, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Vasif Musayev və Ruhlan Nəsirov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasının adyunktu, baş ədliyyə müşaviri Şahin Xələfov,  Polis Akademiyasının  Kriminalistika kafedrasının rəisi,  polis polkovniki, h.ü.f.d., dos. Allahverdi Mahmudov məruzələrlə çıxış edərək Akademiya rəhbərliyinə aktual məsələlərin tədqiqi ilə zəngin olan bu səpkili elmi-praktik konfransların keçirilməsini təşkil etdiklərinə görə təşəkkürlərini bildiriblər.

Konfransın mövzusu ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin 3-cü kurs tələbələri Fidan Namazova və Nəriman Əhmədli, Dövlət  Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının 3-cü kurs tələbəsi Mehriban Qarayeva və 4-cü kurs tələbəsi Günel Bayramova, BDU-nun Hüquq  fakültəsinin 3-cü kurs tələbəsi Gülnur Əkbərova,  Dövlət Gömrük Komitəsi Akademiyasının   3-cü kurs tələbəsi Hüseyn Məmmədov, DİN-in Polis Akademiyasının 5-ci kurs tələbəsi Samir Əzimi çıxış etmişlər.
Çıxışlardan sonra mövzular ətrafında geniş müzakirələr aparılmışdır.
Ümumilikdə onlayn tədbir işgüzar və səmərəli bir şəraitdə baş tutmuşdur.