Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşları BDU-da keçirilmiş "XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları" adlı beynəlxalq elmi konfransda iştirak ediblər

22.12.2021
 Dekabrın 21-22 tarixlərində Bakı Dövlət Universitetində Hüquq fakültəsi, Almaniyanın Halle-Vittenberq Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Litvanın Vilnüs Universiteti, Fransanın Lion Universitetinin birgə təşkilatçılığı ilə "XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü ilə çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət təşkilatlarını hüquqşünas kadrları ilə təmin edib. Bu fakültə respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir.

Elçin Babayev əlavə edib ki, konfransın keçirilməsi Bakı Dövlət Universitetinin həyatında mühüm hadisədir və şübhəsiz ki, bu, elmi tədqiqatlar prosesinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək, daha səmərəli iş üçün stimul yaradacaq.
Konfransda BDU-nun professor-müəllim heyəti, ölkəmizin tanınmış hüquqşünasları, Polis Akademiyasının əməkdaşları, eləcə də onlayn formatda Türkiyə, Almaniya, Fransa, Litva, Moldova, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin nüfuzlu hüquqşünas-alimləri və tələbələri iştirak ediblər.

Plenar iclasda iştirak edən Polis Akademiyasının əməkdaşları “Cinayət hüququ” kafedrasının rəisi, h.ü.f.d., dosent, polis polkovniki İmrəli Məmmədli, “Cinayət prosesi” kafedrasının rəisi, h.ü.f.d., dosent, polis polkovniki Səyyad Ağayev və “Mülki hüquq” kafedrasının müəllimi, polis baş leytenantı Ata Vəliyev cinayət hüququ, cinayət prosesi və sosial təminat hüququnun inkişafının yeni tendensiyaları və müasir problemləri ilə bağlı mövzularla məruzə etmişlər.
Konfransda hüquq elminin müasir problemləri istiqamətləri üzrə müzakirələr aparılmış, sonra iştirakçılara sertifikatlar təqdim edilmişdir.