Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı Belarus Respublikasında “Cinayətkarlıqla mübarizədə problemlər və hüquq-mühafizə orqanları üçün kadrların hazırlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir

29.01.2022
 Belarus Respublikası Daxili İşlər Nazirliyi Akademiyasının təşkilatçılığı ilə 28 yanvar 2022-ci il tarixində “Cinayətkarlıqla mübarizədə problemlər və hüquq-mühafizə orqanları üçün kadrların hazırlığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan Belarus Respublikası Daxili İşlər Nazirliyi Akademiyasının elmi işlər üzrə müavini, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent P.V. Qridyuşko və elmi-praktik konfransın plenar iclasında iştirak edən təhsil müəssələrinin rəhbərləri tədbir iştirakçılarını salamlayaraq öz tövsiyələrini verdilər.  

Tədbirdə Belarus Respublikası DİN-in Akademiyasının kriminalistika kafedrasının rəisi, h.ü.f.d., polis polkovniki-leytenantı R.M. Ropotun,  RF DİN-in Ümumrussiya Elmi Tədqiqat İnstitutunun birinçi müavini, h.e.d., professor, polis polkovniki O.İ.Cokolova; DİN-in Ümumrussiya Elmi Tədqiqat İnstitutunun baş elmi işcisi, h.e.d., professor A.M.Voronov; RF DİN-in Sankt-Peterburq Universitetinin idarəetmə kafedrasının professoru, t.ü.f.d, Q.V.Marcenko; Özbəkistan Respublikası İctimai Təhlükəsizlik Universitetinin professoru, s.e.f.d., R.R. Rəşidov; Belarus Respublikası Daxili İşlər Nazirliyi Akademiyası konstitusiya və beynəlxalq hüquq kafedrasının rəisi, h.ü.f.d., dosent K.D. Sazonun məruzəsi  dinlənildi. Konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Şahin Şükürov da iştirak etmişdir. Ş.Şükürov “Daxili işlər orqanlarının fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında Konstitusiya əsas sənəd kimi”  adlı elmi tezislə məruzə etmişdir.

“Cinayətkarlıqla mübarizədə problemlər və hüquq-mühafizə orqanları üçün  kadrların hazırlığı” mövzusunda  keçirilən beynəlxalq elmi-praktik konfransda  məruzələr ətrafında müzakirələr aparılmış, hüquq-mühafizə orqanlarının təcrübələri və s. kimi məsələlər təhlil edilmişdir. Konfransda çıxış edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirmiş və bu əməkdaşlıqdan öz məmnunluqlarını bildirmişlər.