Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı Azərbaycan Dillər Universitetində təşkil olunmuş konfransda iştirak etmişdir

28.04.2022
 28 aprel 2022-ci il tarixində Azərbaycan Dillər Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı V Beynəlxalq elmi konfransı keçirilmişdir. Konfrans yerli və xarici ali təhsil müəssisələrinin tanınmış alimlərinin, ictimai-siyasi xadimlərin iştirakı ilə baş tutmuşdur. Hibrid formatda təşkil olunan konfransda Belçika, Rumıniya, Əlcəzair, Qazaxstan və digər ölkələrin alimləri onlayn formada iştirak etmişlər. Konfransda DİN-in Polis Akademiyasını “İctimai elmlər” kafedrasının rəisi, polis polkovnik-leytenantı, t.ü.f.d. Rəhim Məcnunov təmsil etmişdir. R.Məcnunov plenar iclasda çıxış edərək multikultural dəyərlərdən, tolerantlıq ideologiyasının əhəmiyyətindən danışmış, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu uğurlu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişdir. O, həmçinin multikultual dəyərlərə Azərbaycanın daxili işlər orqanlarının gündəlik xidməti fəaliyyətində də rəhbər prinsiplərdən biri kimi əməl olunduğunu vurğulamışdır. R.Məcnunov öz çıxışında «Multikulturalizmə giriş» fənninin tədrisi, onun elmi-metodik təminatı, bu sahədə mümkün olan perspektiv planlar və digər ali məktəblərlə birgə iş imkanları barəsində çıxış edərək ətraflı məlumat vermişdir.
Konfrans bölmə iclasları ilə davam etmişdir.