Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı Real Aykido üzrə Beynəlxalq və Alpaqut üzrə respublika seminarlarında iştirak edib

28.05.2022
 28 may 2022-ci il tarixində Bakı şəhərində Beynəlxalq Real Aykido Federasiyasının prezidenti 7-ci dan qara kəmər ustası İqor Petroviç tərəfindən Real Aykido üzrə beynəlxalq seminar keçirilmişdir. Seminarda fəxri qonaq qismində iştirak edən Akademiyanın Fiziki hazırlıq kafedrasının müəllimi, polis kapitanı Natiq Eminov 7-ci dan qara kəmər ustası İqor Petroviç tərəfindən “Fəxri Fərmanla” təltif olunmuşdu.    
Natiq Eminov 29 may 2022-ci il tarixində Bakı şəhərində Alpaqut döyüş sənətinin qurucusu və Türk döyüş sənətləri araşdırmaçısı kutsan Vasif Namazov tərəfindən Azərbaycan Alpaqut döyüş sənəti üzrə təşkil edilmiş respublika seminarının da iştirakçısı olmuşdur.  Tədbirdə Kaçut (silahsız özünümüdafiə) sisteminin koordinatoru və yığma komandanın baş məşqçisi olaraq Fiziki hazırlıq kafedrasının müəllimi, polis kapitanı Natiq Eminov tərəfindən idmançılara silahsız özünümüdafiə üzrə fəndlərdən seminar məşğələsi keçirilmişdir. Seminarın sonunda N.Eminov kutsan Vasif Namazov tərəfindən 3-cü san qara kəmər ustalıq dərəcəsinin sertifkatı ilə təltif olunmuşdu.         
Hər iki seminarda 210-a yaxın idmançı iştirak edirdi.