Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının kursantları DİO və hissələri arasında “Xidməti çoxnövçülük” üzrə keçirilən yarışda iştirak edib

03.06.2022
 1-3 iyun 2022-ci il tarixlərində DİO və hissələri arasında “Xidməti çoxnövçülük” üzrə təşkil olunmuş yarışda Akademiyanın komandası iştirak edib. Üzgüçülük, atıcılıq və 1000 metr məsafəyə qaçış hərəkətlərinin də daxil olduğu yarışda 11 komanda olmaqla ümumilikdə 84 nəfər iştirak edib.
Yarışda Polis Akademiyasının Daxili Qoşunların, Əlahiddə Çevik Polis Alayının, Sumqayıt şəhər xüsusi təyinatlı taborunun eləcə də digər qurumların əməkdaşları iştirak ediblər. Xidməti çoxnövçülük üzrə keçirilən yarışa hazırlıq mərhələləri Hərbi kafedranın baş müəllimi polis polkovnik-leytenantı Elşən Hacıyev və Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis baş leytenantı Məhəmməd Məmmədlinin rəhbərliyi altında  keçirilmişdir.  
Nəticədə 1-3 iyun 2022-ci il tarixlərdə DİO və hissələri arasında keçirilən “Xidməti çoxnövçülük” üzrə yarışda şəxsi kubok uğrunda Akademiyanın komandasından II kurs kursantı Hüseynli Polad Taryel oğlu  “Atıcılıq” və “Xİdməti çoxnövçülük” üzrə II, III kurs kursantı Həsənzadə Məhəmmədəli Nizami oğlu isə “Xİdməti çoxnövçülük” üzrə III yerlərə layiq görülərək kubok və medallarla təltif olunmuşlar.