Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında müəllim və doktorantlar üçün beynəlxalq akademik platformalarda elmi informasiyanın dövriyyəsi ilə bağlı seminar keçirilmişdir

10.06.2022
 09 iyun 2022-ci il tarixində Polis Akademiyasında müəllim və doktorantlar üçün beynəlxalq akademik platformalarda elmi informasiyanın dövriyyəsi ilə bağlı seminar keçirilmişdir. Təlim BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti, fəlsəfə doktoru Pərviz Kazımi tərəfindən aparılmışdır.
Seminar elmi-tədqiqat aparan əməkdaşların, müəllim və doktorantların beynəlxalq akademik platformalarda elmi informasiyanın dövriyyəsi ilə bağlı məlumatlandırılması və öyrədilməsi məqsədi daşıyırdı.
Təlimdə elmi jurnalların, məqalələrin və müəlliflərin, eləcə də elm və təhsil müəssisələrinin indeksləşməsi, reytinqlərin (H-index) və impakt faktorun (İF) müəyyənləşdirilməsi və digər bu kimi fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumatlar verildi.
Seminarda, eyni zamanda beynəlxalq statuslu məlumat bazaları haqqında, çap olunan elmi jurnalların beynəlxalq məlumat bazalarına daxil olunması məsələləri, beynəlxalq identifikasiyaların yaradılması haqqında, qlobal elmmetrik bazalar və akademik sosial şəbəkələrdən düzgün və məqsədyönlü istifadə edə bilməsi ilə bağlı, geniş istifadə edilən elmmetrik bazalar, onlardan istifadə qaydaları, akademik sosial şəbəkələrdə profillərin yaradılması, onların idarə olunması istiqamətləri üzrə də məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.