Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “Gənc polis sahə inspektoru” dərnəyinin tədbiri keçirilib

30.06.2022
 21 iyun 2022-ci il tarixində DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının “Gənc polis sahə inspektoru” dərnəyinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir dərnək üzvləri ilə əvvəllər polis sahə rəisi və polis sahə inspektoru vəzifələrində xidmət edən Polis Akademiyası əməkdaşlarının görüşünə həsr olunmuşdur. Tədbirdə dərnəyin rəhbəri “DİO-nun inzibati fəaliyyəti kafedrası”nın dosenti, polis polkovniki Şahin Şükürov, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, polis polkovnik-leytenantı Elnur Quliyev və dərnək üzvləri iştirak ediblər. Tədbiri dərnək rəhbəri, polis polkovniki Şahin Şükürov giriş sözü ilə açaraq əməkdaşları təqdim etməklə, görüşün məqsəd və vəzifələri haqqında məlumat vermişdir.

Tədbirdə “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının müəllimi, polis polkovnik-leytenantı Elnur Quliyev, polis sahə inspektoru və polis sahə rəisi vəzifələrində xidmət etdiyi dövrdə təcrübi cəhətdən maraq kəsb edən məsələlər haqqında, xidmətin hüquqi təbiəti və incəlikləri barəsində məlumatlar verərək, həmin sahənin xüsusiyyətləri barədə təcrübi təsəvvürlərini bölüşdü. Görüşdə “DİO-nun inzibati fəaliyyəti” fənnində tədris olunan “Polis sahə inspektoru xidmətinin təşkili” mövzusu ilə bağlı məsələlərin təşkilati-hüquqi və elmi əsasları barəsində kafedra əməkdaşı nəzəri və təcrübi əsaslar haqqında çıxış etdi. Dərnək üzvləri tərəfindən natiqlərə verilən suallar əsasında diskussiyalar aparıldı.

Dərnək rəhbəri tədbirə yekun vuraraq dəvət olunan əməkdaşlara təşəkkürünü bildirdi və gələcək xidməti xüsusiyyətlərin aşılanması və səriştələrin qazanılması baxımından kursantlar üçün bu cür müzakirələrin vacibliyini qeyd etdi.