Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının kursantları Rusiya Federasiyası DİN-nin Nijniy Novqorod Akademiyası tərəfindən keçirilmiş onlayn konfrans və müsabiqədə diplomlar qazanmışlar

19.07.2022
 Rusiya Federasiyası DİN-nin Nijniy Novqorod Akademiyasında 2022-ci ilin may ayında “Hüquq elminin və təcrübənin aktual məsələləri” adlı beynəlxalq elmi-praktik videokonfrans və “Daxili işlər orqanlarının iqtisadi təhlükəsizliyin təmin edilməsi (əməliyyat-axtarış və istintaq aspektləri) və hüquqi işin təşkili üzrə fəaliyyəti” adlı beynəlxalq onlayn müsabiqə keçirilmişdir.
 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının IV kurs kursantları Rəşad Bayramov və Nicat Oruclu “Daxili işlər orqanlarının iqtisadi təhlükəsizliyin təmin edilməsi (əməliyyat-axtarış və istintaq aspektləri) və hüquqi işin təşkili üzrə fəaliyyəti” adlı onlayn müsabiqənin ən yaxşı elmi-tədqiqat işi istiqaməti üzrə qalibləri olmuş və Akademiya rəhbərliyi tərəfindən 3-cü dərəcəli diplomlarla mükafatlandırılmışlar.

 “Hüquq elminin və təcrübənin aktual məsələləri” adlı beynəlxalq elmi-praktik videokonfrans üzrə isə Polis Akademiyasını “Mülki hüquq” kafedrasının dosenti Rəşad Məmmədovun elmi rəhbərliyi ilə III kurs kursantı İranə Vahabova təmsil etmişdir. İ.Vahabova müvafiq konfransın “Hüquq elmləri və təcrübə (gənc alimlər tribunası)” bölməsi üzrə  I yerə layiq görülmüşdür.
Bu barədə Rusiya Federasiyası DİN-in Nijniy Novqorod Akademiyasının rəisi, polis general-mayoru D.N.Arxipov DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru C.A.Daanova təşəkkür məktubu ünvanlamışdır.