Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının dinləyicisi sambo üzrə respublika birincisi olmuşdur

18.07.2022
 Cari ilin iyul ayının 18-də Abşeron Olimpiya İdman Kompleksində Azərbaycanın əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş kişilər arasında sambo üzrə ölkə kuboku yarışı keçirilmişdir.
Yarışda ölkəmizin 30 şəhər və rayonundan 200-ə yaxın idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən Polis Akademiyasının III kurs ali təhsilli dinləyicisi, polis serjantı Nəsibli Eyvaz Əlövsət oğlu 98 kq çəki üzrə bütün rəqiblərinə qalib gələrək birinci yeri tutmuşdur.

Polis serjantı Eyvaz Nəsiblinin bu uğuru Polis Akademiyasında da sevinclə qarşılanmışdır. Bununla əlaqədar olaraq 25 iyul 2022-ci il tarixdə təhsil aldığı kursun şəxsi heyətinin və Qiyabi Təhsil Fakültəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Akademiya rəisinin birinci müavini, polis polkovnik-leytenantı Vüqar Mansurov E.Nəsiblini təbrik etmiş, ona təhsildə, xidməti fəaliyyətində, eləcə də idman sahəsində daha yüksək nailiyyətlər arzulamışdır.
Tədbirin sonunda V.Mansurov Eyvaz Nəsibliyə yarışın kubok, medal və diplomunu təqdim etmişdir.