Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında birgə mühazirə təşkil olunmuşdur

18.10.2022
 18 oktyabr 2022-ci il tarixində DİN-in Polis Akademiyasının kursantları üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin baş zabitləri mayor Kərim Rəhimov və İlham Söhbətovla, Akademiyanın Hərbi kafedrasının rəisi, polis polkovniki Hacı Aslanovun birgə mühazirəsi təşkil olunmuşdur.
“Mülki müdafiə” fənni üzrə mühazirə əyani təhsil alan I kurs kursantlarının 1-4-cü taqımlarında “Əhalinin mülki müdafiə sahəsində hazırlığı” mövzusu istiqamətində oxunmuşdur.
 K.Rəhimov və İ.Söhbətov mülki müdafiə sahəsində idarəetmə və idarəetmənin mahiyyəti, mülki müdafiə qərargahları və onların əsas vəzifələri, mülki müdafiə tədbirlərinin planlaşdırılması, əhalinin köçürülməsi, Fövqəladə Hallar Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti və s. haqqında kursantları məlumatlandırmışlar.
 Diskussiya formasında keçən mühazirənin sonunda kursantların sualları cavablandırılmışdır.