Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

“Açıq qapı” tədbiri şagirdlərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsini şərtləndirir

02.11.2022
 Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn tələblərə müvafiq olaraq “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” Daxili İşlər Nazirliyi rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planının və müvafiq göstərişin icrası ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər keçirilməkdə davam edir.
2 noyabr 2022-ci il tarixdə “Açıq qapı” tədbirinin növbəti qonağı Bakı şəhərinin Nizami rayonunda yerləşən O.Kovalyov adına 229 saylı tam orta məktəbin IX-XI sinif şagirdləri olmuşdur.

Şagirdlər Akademiyada Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanarla tanış edilmişdir. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilmişdir.
Tədbirin yekununda şagirdlərlə xatirə şəkli çəkilmiş və onlara Akademiya haqqında məlumatları özündə əks etdirən bukletlər təqdim edilmişdir.