Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında Birinci Qarabağ müharibəsinin iştirakçısı ilə görüş keçirilmişdir

02.11.2022
 02 noyabr 2022-ci il tarixində Akademiyada kursantların iştirakı ilə 8 noyabr – “Zəfər Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə Birinci Qarabağ müharibəsində iştirak etmiş, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov dəvət edilmişdir.Tədbirə başlamazdan öncə ümummilli  lider  Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.

 Akademiyanın 3-cü kurs kursantı Səyyad Əliyev ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı "Dəmir Yumruq" əməliyyatı zamanı keçdiyi şanlı döyüş yolu haqqında məlumat verdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının 44 günlük Vətən müharibəsində iştirakından bəhs edən videoçarx nümayiş olunmuşdur.

Qonaq qismində iştirak edən Şair Ramaldanov tədbir iştirakçılarına Birinci Qarabağ müharibəsi zamanı keçdiyi döyüş yolundan danışmış, 44 günlük Vətən müharibəsi və şanlı qələbəmiz haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.