Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “8 noyabr - Zəfər günü”nə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilmişdir

03.11.2022
 03 noyabr 2022-ci il tarixində Polis Akademiyasında respublikanın səkkiz ali təhsil müəssisəsinin professor-müəllim heyətinin və təhsilalanlarının iştirak etdiyi “8 noyabr-Zəfər günü”nə həsr olunmuş “Milli və beynəlxalq hüquq kontekstində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinin aktual məsələləri” adlı respublika elmi-praktik konfransı keçirilmişdir.
Konfrans respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin və ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

 Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov konfransda açılış nitqi ilə çıxış edərək ərazi bütövlüyümüzün bərpası və 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dövlətçilik tariximizə qızıl hərflərlə yazılması barədə danışıb. V.Mansurov həmçinin keçirilən elmi-praktiki konfransın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu konfrans təhsilalanların gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıyacaqdır.

Konfransda DTX-nın Heydər Əliyev adına Akademiyasının kursantı Əkbər Vahablı “Müasir dövrdə ərazi bütövlüyü prinsipinin yeni aspektləri”, Bakı Dövlət Universitetinın magistrantı Cümşüd Hacıyev “Müharibənin sona yetməsinin hüquqi nəticəsi kimi dövlətin beynəlxalq-hüquqi məsuliyyəti məsələsi", DİN-in Polis Akademiyasının kursantı Sənan Mirzəyev “Ərazi bütövlüyünün təmin edilməsi-Azərbaycan dövlətinin suverenliyinin əsası kimi“, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Qabil Əlizadə “ Zəfər fəlsəfəsi”, DİN Daxil  Qoşunların Ali Hərbi Məktəbinin kursantı Abbas İsmayilov “Zəfərdən zəfərə”, DGK-nin Akademiyasının tələbəsi  Ramazan Əsgərxanov “Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinin hüquqi aspektləri” və Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Seyfəddin Orucov “Vətən müharibəsində qələbəni şərtləndirən səbəblər: elmi-nəzəri yanaşma” mövzularında çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.