Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “Zəfər günü”nə həsr olunmuş Referat müsabiqəsi keçirilmişdir

07.11.2022
 07 noyabr 2022-ci il tarixdə Qiyabi təhsil fakültəsinin təşkilatçılığı  ilə  V kurs ali təhsilli dinləyicilər arasında “Zəfər günü”nə həsr olunmuş Referat müsabiqəsi keçirilmişdir.  
Müsabiqəni giriş sözü ilə açan Qiyabi təhsil fakültəsinin rəisi, polis polkovniki Mahir Xalıqov 44 günlük Vətən Müharibəsinin mili dövlətçilik tariximizdə əhəmiyyətindən danışaraq onun nəticələri barədə məlumat verdi.
V kurs dinləyiciləri, polis baş leytenantı Mehdiyev Qoşqar (Vətən Müharibəsində Daxili Qoşunların şəxsi heyətinin rolu), polis serjantı Əsgərzadə Aysel (Azərbaycanın böyük zəfər günü), polis serjantı Ağazadə Eyyub (Qarabağ münaqişəsi: dünəndən bu günə) referat mövzuları ilə çıxış etmişlər.
Sonda Akademiya rəisinin biinci müavini, polis polkovniki Vüqar Mansurov müsabiqəyə yekun vuraraq qeyd etdi ki, əldə etdiyimiz zəfəri gündəlik fəaliyyətimizə, təhsilimizə də yönəltmək bizim qarşımızda duran əsas vəzifələrdəndir. Daha sonra müsabiqənin qalibləri elan olunaraq mükafatlandırıldılar.