Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı V.Y.Kikot adına Moskva Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq elmi-praktik konfransda iştirak edib

17.11.2022
17 noyabr 2022-ci il tarixində Cinayət prosesi kafedrasının rəisi, polis polkovniki Səyyad Ağayev və müvafiq kafedranın müəllimi polis mayoru Rafik Quliyev Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına Moskva Universiteti tərəfindən təşkil edilən “Cinayət mühakimə icraatı: müasir vəziyyəti və inkişaf strategiyası” adlı XII beynəlxalq elmi-praktik konfransda onlayn formatda iştirak ediblər.

Konfransın gündəliyi və məruzəçilər barədə məlumat verildikdən sonra “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki S.Ağayev söz alaraq Polis Akademiyasının rəhbərliyi adından tədbir iştirakçılarına salamlamış, mövzu ilə bağlı mövqeyini qısa şəkildə ifadə etmiş və konfransın işinə uğurlar arzulamışdır.

Konfransda Rusiya Federasiyası DİN-in xüsusi təyinatlı Ali təhsil müəssisələri, dəvət əsasında mülki Ali hüquq məktəblərinin professor-müəllim heyəti, həmçinin xarici ölkələrin (Vyetnam Sosialist Respublikası, Qazaxıstan Respublikası və s.) Polis Akademiyalarının müəllimləri məruzə və tezislərlə çıxış etdilər. Müzakirələr cinayət mühakimə icraatının həyata keçirilməsi sahəsində mövcud qanunvericiliyin ayrı-ayrı subyektlərinin prosessual səlahiyyətlərinin balanslaşdırılması, yeni texnologiyalardan istifadə etməklə, cinayət işləri üzrə aparılan icraatların sürətləndirilməsi, həmçinin perspektivdə cinayət-prosessual qanunvericiliyin daha da təkmilləşdirilməsi məsələləri ətrafında davam etdirilib. Xüsusilə də, məruzələrdə cinayət-prosessual aspektlərə daha geniş yer verilməklə mövcud qanunvericilikdə boşluqlar, bəzi normalarda ziddiyyətli məqamlar geniş təhlil olunmuş və təkliflər irəli sürülmüşdür.
Konfrans fəal müzakirə və elmi diskussiya şəraitində başa çatmışdır.