Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin dosenti mühazirə oxumuşdur

24.11.2022
Təhsilalanların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi məqsədilə Hərbi kafedranın təşəbbüsü ilə 24 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Hərbi Humanitar Elmlər kafedrasının dosenti, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Zəfər Nəcəfov əyani təhsil üzrə V kursun kursantlarına “Vətən müharibəsinin hərbi-siyasi nəticələri” mövzusunda mühazirə oxumuşdur.
Qonaq ilk növbədə Polis Akademiyasının yeni istifadəyə verilən tədris binası, mühazirə zalları, kitabxana, oxu və idman  zalları ilə tanış edilibdir.

Z.Nəcəfov mühazirəyə başlamadan öncə kursantları salamlayıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. “Vətən müharibəsinin hərbi-siyasi və texniki nəticələri” istiqamətində oxunan mühazirədə Vətən müharibəsinin geosiyasi, hərbi və hərbi-texniki nəticələri, transmilli təhdidlərin sərt profilaktikası, beynəlxalq vasitəçilik institutunun diskreditasiyası, yeni təhlükəsizlik formaları, döyüş meydanında süni intellektin və satellit (peyk) texnologiyaların hərbi üstünlüyü təmin etməsi, Azərbaycanda hərbi quruculuğun yeni mərhələsi məsələləri kursantların diqqətinə çatdırılmışdır.
Mühazirənin sonunda kursantları maraqlandıran suallar cavablandırılıb.