Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Artıq Polis Akademiyasında “Virtual Akademiya” layihəsi istifadəyə verildi

20.12.2022
20 dekabr 2022-ci il tarixindən Polis Akademiyasının “Virtual Akademiya” layihəsi istifadəyə verildi.

Artıq evinizdən çıxmadan və “Açıq qapı” gününü gözləmədən Akademiyanın ərazisini gəzmək və tədris kompleksimiz ilə yaxından tanış olmaq imkanınız var. Panoromik 360 kamera çəkilişi reallıq effekti yaradır və Akademiyanın maddi-texniki təminatını ətraflı öyrənməyə imkan verir. H.Əliyev Mərkəzi, interaktiv dərs, debat və konfrans otaqları, mühazirə zalları, tədris modulu, atıcılıq tiri, yeməkxana, tibb hissəsi, idman meydançaları, kitabxana, yataqxana və digər müvafiq yerlərdən ibarət Akademiya qapılarını sizin üzünüzə açacaq.

Övladının Polis Akademiyasında təhsil almasını istəyən və Akademiyanın imkanları ilə tanış olmayan valdeynlər və abituriyentlərin özləri “Virtual Akademiya” vasitəsilə təhsil kompleksimiz ilə yaxından tanış ola biləcək, həmçinin Akademiyada hansı şəraitdə təhsil alacaqlarını dəyərləndirə biləcəklər.

Polis Akademiyası hər zamankı kimi bu dəfə də bir ilkə imza atdı. “Virtual Akademiya” layihəsi müasir dövrün tələblərini özündə ehtiva edən uğurlu bir layihədir.



         “Virtual Akademiya” ilə buradan tanış ola bilərsiz: https://pa.vr360.az