Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında 2022-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

18.01.2023
18 yanvar 2023-cü il tarixində DİN Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun rəhbərliyi ilə Polis Akademiyasında 2022-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə açan polis general-mayoru Canpolad Daanov Prezident İlham Əliyevin elm və təhsil sisteminə diqqət və qayğısı sayəsində ciddi nailiyyətlər qazanıldığını, milli elm və təhsil sisteminin aydın sabahını təmin edəcək bir sıra İnkişaf Proqramlarının təsdiq olunaraq reallaşdırıldığını, elm və təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər görüldüyünü vurğulayıb.

Sonra Akademiya rəisi, polis general-mayoru C.Daanov Polis Akademiyasında 2022-ci ilin yekunları barədə məruzə ilə çıxış edib. Polis general-mayoru C.Daanov qeyd edib ki, dövlət quruculuğu sahəsində mütərəqqi islahatların həyata keçirilməsi ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın və ictimai sabitliyin təmin edilməsinə zəmin yaratmışdır. Ölkə başçısının uzaqgörənliklə həyata keçirdiyi infrastruktur layihələri respublikamızın hər sahəsində olduğu kimi, daxili işlər orqanlarının da fəaliyyətinin müasir dövrün tələblərinə uyğun olaraq təşkilini stimullaşdırmışdır. Daxili İşlər nazirinin diqqət və qayğısı ilə daima  əhatə olunan Polis Akademiyası da bu müasir çağırışlara adekvat olaraq beynəlxalq qabaqcıl standartlara cavab verən və müasir tədris texnologiyalarına söykənən təhsilin verilməsini əsas hədəf olaraq seçmişdir.

Məruzə ətrafında çıxış edən Tədris-metodik şöbənin rəisi, polis polkovniki Fərhad Əliyev, Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dosent Hikmət Eyvazov və DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Məmmədov Akademiyanın xüsusi təyinatlı elm və təhsil müəssisəsi kimi hesabat dövründə tədris göstəricilərinin və elmi potensialın artırılmasında, elmi məqalə və tədris resurslarının hazırlanmasında, beynəlxalq tədbirlərin təşkilində, kursantların elmi fəaliyyətə cəlb olunmasında nailiyyətlər əldə edildiyini, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

Akademiya rəisi, polis general-mayoru C.Daanov yekun nitqində Polis Akademiyasının 2022-ci ildə fəaliyyətini qənaətbəxş hesab edildiyini qeyd edərək, təhsilalanların təhsilə daha effektiv münasibətin göstərilməsini, kitabxana fondundan səmərəli istifadə edilməsini, praktik dərslərə DİN-in müxtəlif strukturlarından peşəkar əməkdaşlarının dəvət edilməsi işinin genişləndirilməsini, təhsilalanların  fiziki hazırlığı və  psixoloqlarla işin təşkili ilə bağlı işin aparılmasını tövsiyə edibdir.
Müşavirənin sonunda digər əməkdaşların təklifləri dinlənilib.