Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Baş Prokurorluqda “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilmişdir

02.02.2023
Cari ilin mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olan, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Cari ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin davamı olaraq, 2 fevral 2023-cü ildə məhz Ulu Öndər tərəfindən təsis edilmiş gənclər gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilmişdir.

Konfransda Bakı Dövlət və “ADA” universitetləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Akademiyalarının tələbələri, habelə Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin Akademiyalarının kursantları iştirak etmişlər. Həmçinin tədbirə internet üzərindən online rejimində Naxçıvan Dövlət Universitetinin tələbələri və müəllim heyəti qoşulmuşlar. Ümumilikdə konfransda 200 nəfərə yaxın şəxs iştirak etmişdir.

Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş etdirilmiş, vətənpərvərlik ruhunda mahnılar ifa edilmiş və xatirə fotoşəkilləri çəkilmişdir.