Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam etdirilir

17.05.2023
Tədris bazasının səviyyəsi və verilən təhsilin keyfiyyətinə görə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında xüsusi yeri olan Polis Akademiyası ilə tanış olmaq istəyən ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” tədbirləri davam etdirilir.

17 may 2023-cü il tarixində Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Bakı İstanbul Liseyinin VIII, IX və X sinif şagirdləri,  Nəsimi RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları, polis mayoru Yeganə Zeynalova və polis baş leytenantı Ziba İbrahimova Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olublar.

Şagirdlər Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik və kitabxana ilə tanış ediliblər. Bundan əlavə, məktəblilərə Polis Akademiyasına qəbul qaydaları izah edilib, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb, xatirə şəkilləri çəkilib.