Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

27 aprel 2011-ci il tarixdə Polis Akademiyasında «Cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

28.04.2011
 27 aprel 2011-ci il tarixdə Polis Akademiyasında «DİO-nun inzibati fəaliyəti» kafedrasının və «Elmi-tətqiqat və redaksiya-nəşriyat» Şöbəsinin təşkilatçılığı ilə hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə «Cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Dəvət edilmiş qonaqlar tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulmuş, «Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloci mərkəz»in fəaliyyəti ilə tanış olmuş, xatirə fotoşəkilləri çəkilmişdi.
Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev konfrans iştirakçılarını salamlayaraq, açılışını elan etdi və qeyd etdi ki, konfransın əsas məqsədi kriminoloci biliklərin inkişaf etdirilməsi və daha dərinləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində kriminoloci tədqiqatların aktual problemlərinin öyrənilməsi, perspektiv istiqamətlərin müəyyən edilməsi və bu sahədə son nailiyyətlərin tədrisdə tətbiqinə nail olunmasıdır.
Konfransın digər iştirakçıları Bakı Dövlət Universitetinin «Cinayət hüququ və kriminologiya» kafedrasının dosenti, hüquq elmləri namizədi Rauf Şəmsizadə, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, baş ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinin baş məsləhətçisi Yaşar Abdullayev,  Qafqaz Universitetinin «Beynəlxalq hüquq» kafedrasının müdiri Fərhad Mehdiyev, Polis Akademiyası «DİO-nun inzibati fəaliyyəti» kafedrasının baş müəllimi Vüqar Mansurov öz məruzələrində kriminoloci tədqiqatların əhəmiyyəti və bu sahədə mövcud olan problemləri diqqət önünə çəkərək, prioritet istiqamətlər haqqında fikir yürütdülər.  
AR Milli Elmlər Akademiyası,Milli Aviasiya Akademiyası, ATƏT-in Bakı Ofisi, Azərbaycan Respublikası Baş Prokurorluğu, DİN-in Baş Cinayət Axtarış İdarəsi, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqıla Mübarizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin nümayəndələrinin iştirakı ilə keçən konfrans maraqlı müzakirələrlə yadda qaldı.