Polis akademiyası

xəbərlər

2017/2018-ci tədrisili üçün DİN-in Polis Akademiyasına qiyabi təhsil üzrə dinləyicilərin qəbulu elanı

13.07.2017

DİN-in Polis Akademiyasında qiyabi təhsilə qəbulla bağlı müsabiqədə - sıravi və kiçik, orta və böyük rəis heyəti vəzifələrində 1 ildən az olmayaraq nümunəvi xidmət edən, ilkin hazırlıq kursu keçmiş, şəxsi, mənəvi və fiziki keyfiyyətlərinə görə fərqlənən tam orta və ya ali təhsilli polis əməkdaşları yanvar - mart aylarında xidmət etdiyi orqana müraciət etməklə iştirak edə bilərlər.

Müddətli müqavilə əsasında xidmət keçən və müsabiqədə iştirak etmək arzusunda olan polis əməkdaşlarının təhsil məsələsinə DİN-in 11 iyul 2002-ci il tarixli 264 nömrəli əmrinin 1.2-ci bəndinə əsasən müvafiq qaydada razılıq verildikdən sonra, digər əməkdaşların müraciətlərinə isə heç bir məhdudiyyət qoyulmadan baxılmaqla, tədris işləri qeyd olunan əmrlə təsdiq edilmiş Təlimata uyğun hazırlanıb dərhal və son olaraq aprel ayının 10-dək DİN-in Baş Kadrlar İdarəsinə göndəriləcəkdir.

Cari ilin 20-22 aprel tarixlərində nəzərdə tutulmuş DİN-in Seçmə komissiyasından müvəffəqiyyətlə keçdikdən sonar sıravi və kiçik rəis heyətindən olan tam orta təhsilli əməkdaşlar III ixtisas qrupu üzrə nəzərdə tutulmuş fənlər üzrə imtahan verirlər. Ali təhsilli sıravi və rəis heyətindən olan əməkdaşlar isə müsahibədə iştirak edirlər.
Daha ətraflı məlumatı DİN-in Polis Akademiyasının - (012) 454-12-78 və ya Baş Kadrlar İdarəsinin - (012) 590-98-16, 18-16 (daxili) nömrəli telefonları vasitəsilə ala bilərsiniz.





Çap et  Çap et