Polis akademiyası

Kadrlar şöbəsi

 Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci iltarixli 782 saylı fərmanına əsasən Bakı Xüsusi Orta Milis məktəbinin zəminində Azərbaycan Polis Akademiyası yaradılmışdır. Həmin fərmanla Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Polis Akademiyasında 283 nəfər daimi ştat vahidi həcmində yer ayrılmışdır. Həmin qərara əsasən Polis Akademiyasında Kadrlar şöbəsi yaradılmış və onun tərkibi aşağıdakı kimi olmuşdur:

•    kadrlar şöbəsinin rəisi;
•    şöbə rəisinin müavini;
•    baş inspektor;
•    2 baş inspektor hesabına inspektor;
•    2 inspektor;
•    mədəni-kütləvi işlər üzrə inspektor, özü də klub rəisi;
•    xalq çalğı alətləri ansanbılının rəhbəri;
•    kinomexanik (mülki).

Ötən dövr ərzində Polis Akademiyasının fəaliyyətində, qurumunda və digər istiqamətlərində dəyişikliklər, yeniliklər və islahatlar aparıldığına görə Kadrlar şöbəsinin ştat vahidində bir sıra dəyişikliklər olmuşdur. Belə ki, xidmətin yeniləşdirilməsi ilə əlaqədar Kadrlar şöbəsində olan şöbə rəisinin müavini, baş inspektor hesabına inspektorlar vəzifələri ixtisar edilmişdir. Sonralar isə Mədəni-kütləvi işlər üzrə inspektor, özü də klub rəisi, Xalq çalğı alətləri ansanbılının rəhbəri, Kinomexanik (mülki) vəzifələri də günün tələblərinə cavab vermədiyi üçün ixtisar edilmişdir. 2010-cu ilin fevral ayının 27-də DİN-in 317 saylı əmri ilə Kadrlar şöbəsinə yeni ştat vahidi psixoloq vəzifəsi verilmişdir. Hal-hazırda Kadrlar şöbəsinin ştat vahidi aşağıda göstərilən qaydadadır:

•    kadrlar şöbəsinin rəisi;
•    2 baş inspektor;
•    3 inspektor;
•    psixoloq.

1992-ci ildən 1994-cü ilədək Kadrlar şöbəsinin rəisi vəzifəsində polis polkovnik-leytenantı Yakovlek İvan Petroviç işləmişdir. 1994-cü ildə isə həmin vəzifəyə polis kapitanı Mustafayev Çingiz Mustafa oğlu təyin olunmuş və 1997-ci ilədək Kadrlar şöbəsinin rəisi olmuşdur. 1997-ci ildən 2005-ci ilədək Kadrlar şöbəsinə polis polkovniki Talıbov Məmmədrza Məmməd oğlu, 2005-ci ilin dekabr ayından 2013-cü ilədək isə polis polkovnik-leytenantı Yusif Əvəz oğlu Əsədov şöbəyə rəhbərlik etmişdir.
2019-cu ildən şöbəyə polis polkovnik-leytenantı Elnur Rasim oğlu Hacıyev rəhbərlik edir. 

Kadrlar şöbəsi aşağıdaki başlıca istiqamətlərdə fəalliyyət göstərir:

•    akademiyanın şəxsi heyətinin komplektləşdirilməsi və kadrların uçotunun həyata keçirilməsi;
•    kadrların seçilərkən onların müvafiq surətdə sənədləşdirilməsini həyata keçirməklə, kadrların daha yüksək vəzifəyə seçilməsi üçün ehtiyat kadrların hazırlanması;
•    akademiyanın nomenklatura üzrə əməkdaşlarının yerləşdiriməsi, təyin ediməsi, işə qəbulu, ilkin və növbəti rütbələrin verilməsi, rəis heyəti, fəhlə və qulluqçuların xaric edilməsi barədə materialların toplanması;
•    Attestasiya üzrə materialların hazırlanması və komissiya tərəfindən qəbul olunan qərarların vaxtında yerinə yetirilməsinə nəzarət;
•    Xidməti illərə görə faiz əlavələrinin hesablanması, aylıq maaşların müəyyən edilməsi üzrə komissiyaların, habelə müəllim heyətinə pedaqoji stajin müəyyənləşdirilməsi üzrə komissiyalarda təmsil olunmaq;
•    akademiyanın daimi və dəyişkən heyəti arasında nizam-intizamın möhkəmləndirilməsi, təhlili, qanunvericiliyə riayət olunması işlərinin icrasında iştirak etmək;
•    Kadr işi ilə əlaqədar məsələlər üzrə ərizə və şikayətlərə baxılmasını təmin etmək;
•    Xidməti yoxlamalar keçirmək, xidməti araşdırmaların nəticəsinə əsasən rəy tərtib etmək;
•    Əmr layihələrini hazirlamaq.





Çap et  Çap et