Polis akademiyası

Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi

 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Elmi-tədqiqat  və  redaksiya-nəşriyyat şöbəsi

 
 Azərbaycan Respublikası DİN-in 18.06.1992-ci il tarixli 346 nömrəli əmrinə əlavə olunmuş Azərbaycan Respublikası Polis Akademiyası barədə Əsasnaməsinin (hazırda qüvvədən düşmüşdür) 2.9-cu bəndində göstərilirdi ki, akademiyada struktur bölmələrin elmi-tədqiqat işinin planlaşdırılması, əlaqələndirilməsi, habelə redaksiya-nəşriyyat fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şöbə yaradılır. 2.10-cu bəndindəki müddəaya əsasən elmi struktur bölmə kimi yaradılan şöbənin vəzifələrinə DİO-nun qarşısında duran aktual problemlərin tədqiqinin təşkili və peşəkar kadr hazırlığı prosesinin təkmilləşdirilməsinin təmin edilməsi daxil idi.
Ali təhsil və elm mərkəzi kimi 28.09.1992-ci il tarixdən fəaliyyətə başlayan akademiyanın struktur bölmələri sırasında Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi də var idi. Şöbə həmin statusla 2001-ci ilədək fəaliyyət göstərdi. DİN-in 13.12.2001-ci il tarixli 485 nömrəli əmri ilə həmin şöbə ayrı-ayrı struktur bölmələri kimi müvafiq olaraq Elmi-tədqiqat şöbəsi və redaksiya-nəşriyyat bölməsinə çevrildi.
DİN-in 18.02.2002-ci il tarixli əmri ilə polis mayoru Mahir Teymurov Redaksiya-nəşriyyat bölməsinə rəis təyin edilmiş və 10.12.2008-ci il tarixədək bu vəzifədə işləmişdir. 19.02.2003-cü il tarixli 299 ş/h nömrəli əmrinə əsasən polis polkovnik-leytenantı, filologiya üzrə fəlsəfə doktoru Fərhad Ağayev Elmi-tədqiqat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 22.10.2007-ci il tarixinədək bu vəzifəni icra etmişdir. DİN-in 10.12.2008-ci il tarixli əmrinə əsasən polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Nəbi Əsgərov Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 05.04.2012-ci il tarixinədək bu vəzifədə işləmişdir. DİN-in Polis Akademiyasının 13.02.2013-cü il tarixli Ə 45-034-13 nömrəli əmri ilə Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinin vakant olması ilə əlaqədar şöbənin ümumi işinə nəzarətin və cari vəzifələrin həlli məqsədilə «DİN-in Polis Akademiyası Nizamnaməsi»nin 13.2-ci maddəsi rəhbər tutularaq Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həmin şöbənin elmi katibi, polis polkovnik-leytenantı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elçin Səmədova, 2016-cı ilin oktyabrına kimi isə polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Nəbi Əsgərova həvalə edilmişdir.
Şöbə rəisi:
2016-cı ildən Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinə, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Qismət oğlu Eyvazov rəhbərlik edir. 2001-ci ildə Polis Akademiyasını hüquşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 2001-ci ildə Daxili İşlər Nazirinin əmri ilə Polis Akademiyasına müəllim, 2004-cü ildə baş müəllim, 2010-cu ildə “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının dosenti vəzifəsində, 2013-cü ildə Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin  Qaradağ rayon  Polis İdarəsinin rəis müavini vəzifəsində, 2014-cü ildə tarixlərində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəsifəsində çalışmışdır.
 Azərbaycan Respublikası Prezidentinin 30.06.2016-cı il tarixli 2187 nömrəli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə  H.Eyvazov “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şöbənin əməkdaşları:
-Mahir Teymurov-baş inspektor, polis polkovnik-leytenantı
-Fəxri Vəliyev-elmi əməkdaş, hüquq üzrə fəlsəfə doktoru, polis baş leytenantı
-Bəxtiyar Dadaşev-operator-polis serjantı
-Teymur İsayev-operator-polis serjantı
Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində həm elmi-tədqiqat işləri, həm də redaksiya-nəşriyyat fəaliyyəti həyata keçirilir. Professor-müəllim heyətinin elmi fəaliyyətinə daxil olan tədbirlərin təhsilverənlərin öz elmi-nəzəri səviyyəsinin, təhsilalanların isə bilik və bacarıqlarının artırılmasında rolu şöbədə myəyyənləşdirildikdən sonra həmin tədbirlər akademiyanın illik elmi-tədqiqat işlərinin tematik planına təqdim edilirlər. Akademiyanın əməkdaşlarının tərtib etdikləri dərslik, dərs vəsaiti, tədris proqramı, sxemlər albomu, metodiki vəsait, monoqrafiya və sair poliqrafik materiallar nəfis şəkildə şöbə tərəfindən nəşr edilir. Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin nəzarəti və tövsiyələri əsasında akademiyada fəaliyyət göstərən Kursant Elmi Cəmiyyəti kursantları elmi yaradıcılığa cəlb edir, onlarla birgə elmi konfrans, seminar və bilik müsabiqələri təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali məktəb tələbələrinin elmi konfransı üçün kursantların mövzular üzrə hazırladıqları məruzələrinin tezisləri şöbədə seçildikdən sonra onların konfransın təşkilat komitəsinə göndərilməsi məsələsilə bağlı akademiya rəhbərliyi qarşısında vəsatət qaldırılır. Son vaxtlar bu kimi tədbirlərdə, bir qayda olaraq, iştirak etmələrinə görə kursantlarımız fəxri fərmanlarla mükafatlandırılırlar.Təhsil Nazirliyinin ənənəvi olaraq keçirdiyi doktorantların və gənc tədqiqatçıların elmi konfranslarının işində zabit heyətinin üzvləri də fəal iştirak edir, apardıqları elmi-tədqiqat işlərinin yekunları barədə respublikanın elmi ictimaiyyətinin aparıcı mütəxəssisləri qarşısında məruzə edirlər və sertifikatlarla təltif olunurlar. Şöbə zabit-müəllim heyəti üzvləri tərəfindən seçilən dissertasiya mövzularının akademiyanın elmi şurasında müzakirə və bəyənilməsi, həmçinin elmi adların (dosent, professor) verilməsi üzrə vəsatətin qaldırılması və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təsdiq olunması üçün göndərilməsi işlərini təşkil edir.
Şöbə tərəfindən professor-müəllim heyəti arasında dissertasiya işi üzərində elmi-tədqiqatların aparılmasının zəruriliyi barədə təbliğat işini həyata keçirir.
Tədris planlarında nəzərdə tutulmuş fənlərin tədris-metodiki materiallarla təmin olunması, müxtəlif fənn proqramlarının, metodik vəsaitlərin, dərslik və dərs vəsaitlərinin, broşür, albom, plakat, buklet, açıqcaların, məcmuələrin, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi, çapa hazırlanması və nəşrində, habelə informasiya mənbələri ilə təmin olunmasında akademiyanın “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin xüsusi yeri vardır.
Şöbədə redaksiya-nəşriyyat materiallarının hazırlanması akademiyanın daxili imkanları hesabına maliyyələşdirilir.
Akademiyanın nəşriyyatı 2002-ci ildən fəaliyyətə başlamışdır. Mətbəənin maddi-texniki bazası gücləndirilmiş və günün tələblərinə uyğun yeni texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, hazırda nəşriyyatda istehsalat sahəsində aşağıdakı avadanlıqlardan istifadə edilir. Məsələn: - “Rizoqraf” və “Duplo” markalı çap maşınları; kitabları kleylə cildləmə aparatları; dəmir və plasmas purjunlə tikən cildləmə aparatları; müxtəlif səhifəli kitabları dəmir sancaqla tikən aparat; A3 və A4 formatlı, rəngli və ağ-qara printerləri və surətçıxarma aparatları; plastik kart hazırlayan aparat; müxtəlif ölçülü laminasiya aparatları; müasir kompyuterlər.
Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində hüquq sahəsinin elmi-nəzəri, təcrübi-tətbiqi məsələləri üzrə nəşr olunmuş ədəbiyyatların bir nüsxəsi şöbədə yaradılmış stenddə yerləşdirilir və bu ildən-ilə zənginləşdirilir.
Şöbə eyni zamanda aşağıda göstərilən fəaliyyət istiqamətlərini həyata keçirir:
- “Akademiyanın elmi xəbərləri” jurnalının redaksiya işini;
- “Polis Akademiyası” qəzetinin redaksiya işini və nəşrini;
- Opponentlik və dissertasiya işinə aparıcı təşkilat olaraq rəylərin verilməsini;
- Dissertasiya şuraları, müdafiələrdə professor-müəllimi heyətinin iştirakını;
- Beynəlxalq və ikitərəfli proqramlar çərçivəsində xarici elmi qurumların fəaliyyətində iştirakı əks etdirən əməkdaşlıq, həmçinin digər təşkilatlarla birgə həyata keçirilən proqram və layihələr, təşkil olunmuş beynəlxalq və milli tədbirlər, innovasiya sahəsində fəaliyyət;
    - Kursant Elmi Cəmiyyətinin işinin təşkili (KEC).





Çap et  Çap et