Tibb-sanitariya hissəsinin rəisi
Tibb-xidməti polkovniki Əliyev Sərdar Nurəddin oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə profilaktika” fakültəsini bitirib. 1990-1993-cü illərdə “Gənc əlillərin əmək və istirahət evi”ndə Tibbi sosial reabilitasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-1997-ci illərdə DİN-in daxili Qoşunlarının “N” saylı hərbi hissəsində həkim - terapevt, sonra isə Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib. 1997-ci ildən Polis Akademiyasının Tibb-sanitariya hissəsində həkim terapevt, 1999-cu ildən isə Tibb-sanitariya hissənin rəisi vəzifəsində xidmət edir. 2001, 2007 və 2011-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursları keçib. Ailəlidir 3 övladı var.
Həkim terapevt
Tibb xidməti kapitanı - Hüseynli Əlinur Əlizadə oğlu 1976-cı ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə profilaktika” fakültəsini bitirib. 2001-2002-ci illərdə döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissədə (Hospitalda) baş ordinator terapevt vəzifəsində xidmət edib. 2007 və 2011-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursları keçib. 2002-ci ildə “N” saylı hərbi hissə komandiri tərəfindən əldə etdiyi nailiyyətlərə görə «Fəxri fərman»la təltif olunub. 2003-cü ildən Polis Akademiyasının Tibb-sanitariya hissəsində həkim-terapevt kimi xidmət edir. Ailəlidir 1 övladı var.
Həkim stomatoloq
Tibb xidməti mayoru - Şəkixanov İmruz Tofiq oğlu 1973-cü ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin “Stomatologiya” fakültəsini bitirib. 1996-cı ildən 1999-cu ilədək döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissədə (Hospitalında) baş ordinator stomatoloq vəzifəsində xidmət edib. 1992-cı ildə könülü olaraq “N” saylı hərbi hissəsində “Rota sanitar təlimatçısı” kimi döyüşlərdə iştirak edib. 2001-ci, 2007-ci və 2011-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursları keçib. 2010-cu ildə “əla xidmətlərə görə” döş nişanı ilə təltif edilib. 2006-cı ildə Hİ-TEJ İMPLANTS firmasının sertifikatını alıb. 2006-cı ildə “Cərrahi və ortopedik implantoloji” kursunu keçib. 1999-cu ildən DİN-in Polis Akademiyasının Tibb-sanitariya hissəsinin həkim stomatoloqu vəzifəsində xidmət edir. Ailəlidir 3 övladı var.
Polis Akademiyasının Tibb-sanitariya hissində xidmət edən «Fəxri adları» olan həkimlər.