Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında 15-ci buraxılış mərasimi keçirildi

01.07.2011

 DİN-nin Polis Akademiyasında 2010/2011-ci tədris ilinin buraxılış mərasimi 01.06.2011-ci il tarixdə təntənəli surətdə qeyd edilmişdir. Tədbirə dəvət edilənlərin arasında daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov, nazir müvainləri, polis general-leytenantları Vilayət Eyvazov və Əsgər Ələkbərov, general-leytenant Zakir Həsənov, DİN-in Mərkəzi aparatının baş idarə və idarə rəisləri, Milli Məclisin deputatları Fuad Muradov və Rauf Əliyev, DİO-nun veteranları Ramiz Axundov, Rəsul Rəsulov, Ramiz Nağıyev, Nazim Cəfərli, tanınmış idmançılar Elnur Məmmədli, Mehman Əzizov, Eduard Məmmədov, Namiq Abdullayev, Ceyhun Məmmədov və digər fəxri qonaqlar olmuşdur.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə məruzə etdikdən sonra general-polkovnik, cənab Ramil Usubov şəxsi heyəti təbrik etmiş və mərasim açıq elan olunmuşdur.
 Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin və Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş, polis baş leytenantı Tural Kazımovun çıxışlarından sonra Daxili İşlər Naziri general-polkovnik, cənab Ramil Usubov mərasim iştirakçıları qarşısında geniş nitqlə çıxış etmişdir. Daha sonra Akademiyanı bitirmiş 124 məzuna diplomlar təqdim edilmiş, təhsili əla qiymətlərlə başa vurduqlarına görə Rahib Əliyevə, Vüsal Salehova, Eldar Əliyevə və Tural Kazımova fərqlənmə diplomları və daxili işlər nazirinin müvafiq əmri ilə «polis baş leytenantı» xüsusi rütbəsi verilmişdir.
«Yaş kötüyü»nə xatirə lövhəsinin vurulmasından və məzunlar tərəfindən IV kurs müdavimlərinə Polis Akademiyasının Bayrağının təhvil verilməsindən sonra şəxsi heyətin təntənəli keçidi təşkil edilmişdir.




Çap et  Çap et