Polis akademiyası

xəbərlər

15.XII.2012-ci il tarixdə DİN-in Polis Akademiyasının elmi şurasının növbəti iclası keçirilmişdir.

15.12.2012

 Elmi şurada DİN-in Polis Akademiyasında tədris edilən fənlər üzrə təhsilalanların biliklərinin cari qiymətləndirilməsi, sərbəst iş, konspektləşdirilmənin vəziyyəti və qış imtahan sessiyasına hazırlıq tədbirləri; DİN-in 29 dekabr 2011-ci il tarixli 809 və 810 nömrəli əmrlərinin tələblərinə müvafiq döyüş və fiziki hazırlıq dərslərinin keyfiyyəti və səmərəliliyinin artırılması tədbirləri; akademiyada Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn aidiyyəti vəzifələrin DİN-in Kollegiyasının 1 iyun 2011-ci il tarixli KQ-3/2 nömrəli qərarının tələblərinə uyğun icrası barədə məsələlər müzakirə olundu. Hər üç məsələlərə baxıldıqdan sonra müvafiq qərarlar qəbul edildi. DİN-in Polis Akademiyasının «Dövlət və hüquq nəzəriyyəsi», «Mülki hüquq», «DİO-nun əməliyyat-axtarış fəaliyyəti», «DİO-da xüsusi texnika», «Fiziki hazırlıq», «İctimai elmlər» və «Dil hazırlığı» kafedralarında tərtib olunmuş tədris materiallarının qrif alınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməsi tövsiyə olundu.  

         Elmi şuranın yekununda akademiyanın rəisi, polis general-mayoru, h.ü.f.d. Nazim Əliyev tədris ilinin hesabat dövründə görülmüş işlərin, bəzi xırda çatışmazlıqlar istisna olmaqla, bütövlükdə qənaətbəxş olduğunu bildirdi və qarşıda duran vəzifələrin səmərəli həlli yollarını göstərdi.




Çap et  Çap et