30.04.2015
2015-ci il aprel ayının 28-də “İctimai elmlər” kafedrasının əməkdaşları tərəfindən daxili işlər orqanlarının əməkdaşlarının elmi-nəzəri biliklərinin, dünyagörüşlərinin inkişaf etdirilməsi, yüksək elmi və mənəvi potensiala malik polis kadrlarının hazırlanması, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin gənc nəslə aşılanmasını, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarını təmin etmək məqsədilə I kurs müdavimləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Qloballaşan dünya və Azərbaycan” adlı viktorina keçirilmişdir.