Polis akademiyası

xəbərlər

2015-2016-cı tədris ilində “DİO-nun inzibati fəaliyyəti” kafedrası tərəfindən DİN-in 05.10.2014-cü il tarixli 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin...

06.11.2015

 2015-2016-cı tədris ilində “DİO-nun inzibati fəaliyyəti” kafedrası tərəfindən DİN-in 05.10.2014-cü il tarixli 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haq¬qında” KQ 5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə əlaqədar olaraq maarifləndirici tədbir keçirilmişdir

Azərbaycan Respublikası DİN-in 05.10.2014-cü il tarixli 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haq-qında” KQ 5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə əlaqədar olaraq 2015-2016-cı tədris ilində də DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrası tərəfindən aidiyyəti tədbirlər davam etdirilir. Həmin tədbirlər çərçivəsində Bakı şəhəri üzrə tam orta məktəblərdə VIII-XI sinif şagirdləri və müəllim kollektivinin iştirakı ilə müvafiq maarif¬ləndirici çıxışlar edilmiş və söhbətlər aparılmışdır.

05.11.2015-ci il tarixdə Polis Akademiyası “DİO-nun inzibati fəaliy-yəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev, Səbail RPİ-nin Yetkinlik Yaşına  Çatmayanlarla profilaktiki İşin Təşkili Bölməsinin, Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının iştirakı ilə Səbail rayonu 91 №-li tam orta məktəbdə yetkinlik yaşına çatmayanlar arasında “Narkotiklərə yox deyək, zərərli vərdişlərə, neqativ hallara, hüquqazidd əməllərə qarşı mübarizə” mövzu-sunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev tərəfindən narkomaniya və narkomanlıq anlayışı, ayrı-ayrı narkotik vasitələr və psixotrop maddələr, onların zəhərləyici təsirləri və fəsadları, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə hüquqi məsuliyyət haqqında multi-media vasitələri ilə əyani izahlar verilmişdir. Görüşdə Səbail RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki İşin Təşkili Bölməsinin, Narkotiklərlə Mübarizə Bölməsinin əmək¬daşları tərəfindən müəllim şagird müna¬sibətləri və yetkinlik yaşına çatma¬yanların hüquq və vəzifələri as-pektin¬də məqsədyönlü ümumi profilaktik söhbətlər aparılmışdır.

“DİO-nun inzibati fəaliyyəti” kafedrası





Çap et  Çap et