Polis akademiyası

xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və DİN-in Polis Akademiyasının birgə təşkilatçılığı ilə Bİnəqədi rayonunda “Narkomaniyaya yox deyək!” mövzusunda maarif­ləndirici tədbir keçirilmişdir.

23.06.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan daxil olan  21 iyun 2016-cı il tarixli 16/335 nömrəli müraciət əsasında 23 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və DİN-in Polis Akademiyasının birgə təşkilatçılığı ilə YAP Bİnəqədi rayon təşkilatının akt zalında rayon orta məktəblərinin şagird və pedaqoji kollektivi üçün “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir həyata keçirilmişdir. Həmin tədbirdə DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliy¬yəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə (2013-2018-ci illər) Proqram”ın məzmunundan irəli gələrək aidiyyəti sahəvi qanunvericilik aktlarından istifadə olunmaqla maarifləndirici məlumatlar verilmişdir. Həmin məlumatlar içərisində “narkomanlıq”, “narko¬manlıq xəstəliyinə düçar olan şəxs” anlayışları, narkomanlığın fiziki təsirləri və fəsadları, həmçinin 2015-ci il üzrə daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən fəaliyyətə dair statistik göstəricilərə yer verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Aparatının rəhbəri, h.e.d., professor İsaxan Vəliyev, aparat əməkdaşları, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, icra hakimiyyətinin aparat əməkdaşları və Respublika Narkoloji Mərkəzinin həkimi Asif Kəngərli iştirak etmişlər.

Tədbirin yekununda pedaqoji kollektivi və şagirdləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır.
 




Çap et  Çap et