“DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə “DİO-da idarəetmənin təşkili” tədris qrupunun dinləyiciləri üçün müştərək mühazirə oxunmuşdur
07.11.2016
Azərbaycan Respublikası DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əlaqədar təhsilalanların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi məqsədilə “DİO-da idarəetmənin təşkili” tədris qrupunun dinləyiciləri üçün 07 noyabr 2016-cı il tarixində “DİO-nun fəaliyyətinin inzibati-hüquqi tənzimlənməsi” fənnindən “Daxili işlər sahəsində dövlət idarəetməsi” mövzusunda müştərək mühazirə oxunmuşdur. Mühazirə “DİO-da idarəetmənin təşkili və ixtisasartırma fakültə”sinin rəisi, polis polkovniki Bağban Həsənovun nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi məqsədilə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının planlaşdırdığı müştərək mühazirəyə DİN-in Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsindən Profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fuad Qocayevin dəvət edilməsi barədə məlumatların verilməsi ilə başlandı. “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəfquliyev mühazirə mövzusunu və onun planını qeyd etməklə, sualların açıqlanmasına keçid etdi. Mövzu üzrə veriləcək nəzəri məlumatların təhsilalanlar tərəfindən yaxşı mənimsənilməsi məqsədilə mühazirəçi tərəfindən plan üzrə verilən məlumatlarda foto və video görüntülərdən istifadə olundu.