Polis akademiyası

xəbərlər

“9 noyabr – Dövlət Bayraq günü və 12 noyabr – Konstitusiya günü” Polis Akademiyasında qeyd edildi

13.11.2018

 Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90-cı illərində dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.

“9 noyabr – Dövlət Bayraq günü və 12 noyabr – Konstitusiya günü” ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir. Ümumi kitabxanada və kursların divar qəzetlərində “9 noyabr – Dövlət Bayraq günü və 12 noyabr – Konstitusiya günü”nə həsr olunmuş məqalələr dərc olunmuş, “Dövlət hüquq nəzəriyyəsi” kafedrasının müəllimləri tərəfindən kursant heyətinə “12 noyabr – Konstitusiya günü”nün yaranma tarixi və fəaliyyəti barədə ətraflı söhbətlər aparılmışdır.

07 noyabr 2018-ci il tarixində DİN-in Polis Akademiyasının Yemekxanasında daimi və dəyişən heyətin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirə Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivi, Bakı şəhəri Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin və valideyin himayəsindən məhrum olan Səhiyyə Nazirliyinin tabeçiliyində olan 5 saylı uşaq evinin şagirdləri dəvət edilmişdir. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edilmişdir.

 Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açıq elan edərək xalqımızın “9 noyabr – Dövlət Bayraq günü və 12 noyabr – Konstitusiya günü” ilə əlaqədar qısa məlumat vermişdir.
Tədbirdə Qaraçuxur qəsəbəsində yerləşən Q.Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivinin və Polis Akademiyasının özfəaliyyət dərnəyinin iştirakı ilə maraqlı konsert proqramı nümayiş etdirilmiş, milli rəqslər ifa edilmiş, Bakı şəhəri Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbin şagirdləri “9 noyabr – Dövlət Bayraq günü”nə aid səhnəciklər nümayiş etdirmiş, 5 saylı uşaq evinin şagirdləri isə şeirlər söyləmişlər. Sonda dəvət olunmuş qonaqlara və məktəblilərə hədiyyələr təqdim edilmişdir.

Keçirilən tədbir şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmış, tədbir barədə məlumat və şəkillər Akademiyanın internet saytına göndərilmişdir.
 
 




Çap et  Çap et